Elarizin həbsdə olan kürəkəninin məhkəməsi oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zeynal Usubov ifadə verib.
Zərəçəkmiş şəxs hüquqşünas olduğunu bildirib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Z.Usubov bildirib ki, qazanc əldə etmək məqsədilə kriptovalyuta ilə bağlı anlayışı olan birini axtarıb:
"İnternetdə saytların birində Alışan Nizami ilə tanış oldum. Dostum da onu tanıdığını bildirdi. Sonra ona güvənərək, 2022-ci ilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 min dollar olmaqla cəmi 945 min dollar pul verdim. O, mənə bunun müqabilində qazanc verəcəyini dedi. 2022-ci ildə verdiyim məbləğ qarşılığında ayda 7-8 min, 2023-cü ildə verdiyim pul məbləğində isə ayda 30 min dollar qazanc götürəcəyimlə bağlı vəd vermişdi. Mənə dedi ki, həmin pulu "İnvest.az"a yerləşdirib, lakin problem yaranıb deyə pulu çıxarıb ABŞ-nin hansısa saytına yerləşdirib. Sonrası isə məlumdur".
Z.Usubov əlavə edib ki, Nizami Alışan ona pulun cüzi bir qismini qaytarıb:
"Axırıncı dəfə 30 min və 15 min dollar pul verib. Ondan öncə isə 7-8 min dollar 3-4 ay ərzində pul verib. Verdiyim 400 min dolların şahidi yoxdur, amma sübutları var. Digər 500 min dollar üçün isə şahidim var. Şahid Ramin Talıbovdur. Ümumi məbləğlə - 900 min dollarla bağlı isə səs yazıları mövcuddur. Onları məhkəməyə təqdim etmişəm".
Daha sonra zərərçəkmiş şəxsin ifadəsi elan olunub.
Zərərçəkmiş Babək Məmmədzadənin vəkili Şahin Rəfiyev mülki iddia qaldırıb. Onun iddiası baxılmamış saxlanılıb.
Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib





