Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilib.
Yekun olaraq təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbiri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu "Caspian İnşaat MB" MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad Rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.
İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)





