Ölkə

Rusiyadan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlandı - FOTO

30 Sentyabr 2021 14:00
0 Şərh     Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "MAN" və "Volvo" markalı yük avtomobilləri saxlanılıb.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 1720 ədəd "Parliament Heets" markalı siqaret və 12 ədəd spirtli içki aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.