Ölkə

Neftlə çəkilən rəsmlərin sərgisi - VİDEO

29 Sentyabr 2021 13:36
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərgidə 30-dan çox əsər nümayiş olunub

Milli.Az Real TV-yə istinadən bildirir ki, Beynəlxalq Turizm Günü ilə əlaqədar olaraq, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin dəstəyi, "Atəşgah Məbədi" Dövlət-Tarix Memarlıq Qoruğunun təşkilatçılığı ilə, Qoruğun Muzey zalında istedadlı rəssam Xəzər Nəbiyevin rəsm sərgisi keçirildi.

Sərgidə 30-dan çox əsər nümayiş olundu.

Rəssam Xəzər Nəbiyev əsərlərini qeyri-adi bir üsulla ərsəyə gətirir:o əvvəlcə neftdən plastik qarışıq bişirir, daha sonra isə xüsusi maddə əlavə edərək onu boya halına gətirir. Ümumilikdə, bir əsərin çəkilməsi üçün 15 qrama yaxın neft sərf olunur..

İndiyə qədər rəssam dünyanın bir sıra ölkələrində anoloji sərgilər keçirib və onun əsərləri kifayət qədər maraqla qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsədlərdən biri sənətkarlara dəstək olmaqla yanaşı, həm də Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını təbliğ etməkdir.

Qeyd edək ki, sərgi oktyabrın 2-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.