Ölkə

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - FOTO

25 Avqust 2021 10:34
0 Şərh     Baxış: 825
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin "Fərdi sürmə" mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.