Ölkə

Əgər hər kəs bu şərtə əməl etsə, sərt karantin rejimi olmayacaq

10 Avqust 2021 13:51
Baxış: 2 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yoluxanların sayının sürətlə artmasını müşahidə edirik".

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, maskadan istifadə qaydasına, məsafə və gigiyenik qaydalara artıq doğru, dürüst əməl edilmir:

"Yoluxma sayı sürətlə artsa da, sərt karantin tərəfdarı deyiləm. Çünki məlumdur ki, sentyabrın 1-dən istər restoranlar, istər bərbərxanalar, gözəllik salonları, istər digər ictimai iaşə obyektlərinə daxil olmaq üçün, - başda tibb müəssisələri olmaqla, - artıq COVİD pasportuna ehtiyac olacaq. Əgər hər kəs bu şərtə (vaksinasiya olunmaq - red) əməl edərsə, heç bir sərt karantin rejiminə gərək duyulmaz. 

İnsanlar maskadan istifadə qaydasına, məsafə və gigiyenik qaydalara əvvəlki qədər doğru, dürüst əməl etmirlər. Xüsusən də karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi ilə bu insanlarda laqeydlik, eyinasızlıq daha çox vüsət aldı. Artımların əsas səbəbi də məhz budur. Lakin qaydalara əməl olunsa, vaksinasiya prosesi sürətlə davam etdirilsə, yoluxma sayının artmasının qarşısını almaq mümkün olar".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.