Ölkə

Göyçayda avtomobilə atəş açılıb, 5 yaralı

12 İyul 2021 13:30
0 Şərh     Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçayda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N. Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F. Həsənova məxsus "Kia" markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N. Rüstəmov saxlanılıb. Ondan cinayətin aləti olan "TOZ" markalı ov tüfəngi götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.