Ölkə

Azərbaycanda partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

7 İyul 2021 18:27
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Milli.Az bildirir ki, bu, "Media haqqında" qanunun ilkin versiyasında əksini tapıb.

Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.