Ölkə

Operativ Qərargahın brifinqi keçirilib

25 May 2021 12:17
Baxış: 3 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az xəbər verir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri karantin rejimi tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırıb.

Yeddi sayda yumşaldılma tədbirinin görülməsinə qərarı verilib.

Bunlar aşağıdakılardır:

- 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

- 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

- 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

- 10 iyundan məscidlər açılır;

- 10 iyundan iri ticarət mərkəzləri açılır;

- 10 iyundan çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.