Ölkə

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı

12 Aprel 2021 13:37
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ingilis dilində yeni infomasiya və analitik portal olan "BakuTribune" (www.bakutribune.com) fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, "BakuTribune" komandasının əsas vəzifələri informasiyanın operativ şəkildə çatdırılması, xarici mütəxəssislər və yerli jurnalistlərin geosiyasi sahədə cərəyan edən hadisələrin təhlili və icmalları, aktual videolar və digər materialları oxuculara çatdırmaqdır. Layihə əsasən həm Azərbaycanda, həm də xaricdə maraq doğuracaq ingilis dilində eksklüziv kontingentin yaradılmasına yönəlib.

"BakuTribune"un qurucusu və baş redaktoru "Vzglyad.az" xəbər agentliyinin baş redaktoru, "China Daily", "CGTN" (Çin), "Daily Sabah" (Türkiyə), "Daily Times" (Pakistan) nəşrlərinin köşə yazarı Seymur Məmmədovdur.

"Bu gün Azərbaycan media məkanının ingilisdilli seqmentinin əlavə inkişafa ehtiyacı var. Azərbaycanda ingilis dilində mənbələrin sayı məhduddur. Mənim prioritetim eksklüziv analitik məzmunun və video məzmunun aktiv inkişafı olacaqdır. Layihədə aydın şəkildə müəyyən edilmiş hədəflər və onlara çatmaq üçün strategiyalar var ", - S.Məmmədov deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory