Ölkə

Şəhid ailələri üzvlərindən artıq 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb

27 Dekabr 2020 11:31
Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid ailələri üzvlərindən artıq 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir. 

Fond tərəfindən artıq 700-dək şəhidin 1700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir. 

Bu ay Nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə  aparılmasına imkan verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.