Ölkə

Yaralı halda 2 gün döyüşən şəhidimiz - VİDEO

27 Dekabr 2020 11:48
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də gizir Elvin Ömərovdur.

Milli.Az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Kürdəmirin Qarasu kəndindən olan Elvin Ömərov yaralı halda 2 gün döyüşüb.

O, bir neçə il əvvəl Təlim Tədris Mərkəzində hərbi təhsil alıb və gizir rütbəsi ilə xidmətə yollanıb. Hərbi xidmətinə Cəlilabadda başlayan Elvin sonra öz istəyi ilə cəbhə bölgəsinə gedib. Müharibə başlayan gündən isə Füzuli, Cəbrayıl və Hadrut istiqamətində döyüşlərə qatılıb.

Elvin sonuncu dəfə oktyabrın 7-də anası ilə danışıb. Üç gün sonra isə şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, gizirimiz ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.