Ölkə

Elçindən yeni XƏBƏR VAR - Ailəsindən AÇIQLAMA

9 Dekabr 2020 16:49
Baxış: 2 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Döyüşlərdə yaralanaraq ürəyinə yaxın yerdə qəlpə daşıyan qazimiz Elçin Səmədovdan xəbər var. O, hazırda müalicələrini davam etdirir.

Milli.Az xəbər verir ki, Sonxeber.az-a bu barədə qazinin anası Vüsalə Şükürova məlumat verib.

Vüsalə xanım Elçinin əməliyyat olunması ilə bağlı da açıqlama verib:

"Həkimlər əməliyyatla bağlı deyirlər ki, bədən hələ hazır deyil, Elçini əməliyyata hazırlayırıq. Güclü nevroloji müalicələrə başlanılıb. Oğlumun çənəsində qəlpələr var. Bir neçə günə çıxarılmalıdır. Dərində olan qəlpələr isə əməliyyat prosesində çıxarılacaq. Əməliyyatın dəqiq nə vaxt olacağı barədə hələki məlumatımız yoxdur ".

Qeyd edək ki, qazimiz Bakıda, Papanin Hospitalında əməliyyat olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.