Ölkə

Trend BİA-nın əməkdaşları fəxri ad və medallarla təltif edildilər

22 İyul 2020 17:35
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22 iyul 2020-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərancamlara əsasən, Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə bir sıra kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri təltif ediliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə mükafatlandırılanlar arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) əməkdaşları da var.

Trend BİA-nın əməkdaşları - Sahil Kərimli "Əməkdar jurnalist" fəxri adı, İlhamə İsabalayeva və Vüqar İmanov isə "Tərəqqi" medalı ilə mükafatlandırılıb. Eyni zamanda, "Day.Az" xəbər portalının əməkdaşı Leyla Tarıverdiyeva da "Əməkdar jurnalist" adına layiq görülüb.

Trend BİA adından mükafatlandırılan əməkdaşlarımızı təbrik edir və gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.