Ölkə

Beş uşaq atası Kür çayında boğuldu

25 İyun 2020 21:42
Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Batan şəxsin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.

Hazırda onun axtarışları davam etdirilir. 

Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.