Ölkə

Quba-Xınalıq yolunda uçqun olub

22 İyun 2020 12:49
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər. 

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun APA-ya verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib. 

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.