Ölkə

Daha 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

16 İyun 2020 15:29
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanunlarının layihələri daxil edilib.

Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq komitə üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Əhliman Əmiraslanovun qanun layihələri ilə bağlı məlumatı dinlənildikdən sonra, komitə üzvləri gündəlikdəki məsələləri müzakirə edərək, rəylərini bildiriblər.

Sonda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.