Ölkə

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

10 İyun 2020 17:52
Baxış: 2 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mobil telefonla imtahan binasına daxil olmağa nail olan 1 nəfər sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. 

Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

Bundan başqa, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.