Ölkə

TƏBİB: Karantin müəssisələrində həftə ərzində 500 insan qəbul etmək imkanımız var

9 İyun 2020 20:05
Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin müəssisələrində həftə ərzində 200-500 vətəndaşı qəbul etmək imkanımız var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, xəstə sayı artıqca ona qulluq etməli olan tibb işçilərinin də sayı artır. İndiyədək tibbi personalla bağlı hər hansı bir çatışmazlıq olmayıb: "Çünki digər tibb müəssisələrinin də potensialından istifadə edilib və onların işçilərinə təlimlər keçirilib. Amma təbii ki, resurslar tükənə bilər. Biz onların işini növbəli təşkil edirik".

R.Bayramlı əlavə edib ki, Azərbaycanda COVİD-19-la mübarizə üçün istifadə edilən fərdi qoruyucu vasitələrin, kombinezonların, maskaların, antivurus preparatlarının sayı kifayət qədərdir: "Bu məsələdə hər hansı problemimiz yoxdur. Amma bizi narahat edən xəstəliyə yoluxma sayının sürətlə artmasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.