Ölkə

İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi

27 May 2020 14:28
Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: "Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək". 

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin "Pitbull" fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. "Pitbull" küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.