Ölkə

Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

12 May 2020 11:43
0 Şərh     Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının bir sıra yollarında rəngləmə işi aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi - 1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər axşam saatlarınadək davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.