Ölkə

Azərbaycanda sahibkar intihar etdi - FOTO

8 May 2020 10:14
0 Şərh     Baxış: 3 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayon sakini özünü öldürüb. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib. 

O, zəhərləndiyi üçün təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə üçün Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə aparıblar. 

Həkimlərin səyinə baxmayaraq, F.Abdullayev dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. 

Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev "Göyçay-Çörək" ASC-ni işlədirdi. 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA) 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.