Ölkə

Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlər sığortalana bilər

6 May 2020 17:49
0 Şərh     Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlər sığortalana bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizədə iştirak edən həkimlərin sığortalanması məsələsi müzakirə edilib. İlkin olaraq, buna müsbət rəy verilib.

Sədr qeyd edib ki, koronavurusla mübarizədə iştirak edən həkimlər öz həyatlarını riskə atırlar: "Bu məsələ iş yerində bədbəxt hadisədən sığortalanmanın tətbiqi ilə tənzimlənə bilər. Düşünürəm ki, bu istiqamətdə yaxın vaxtlarda təkliflər olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.