Ölkə

ETSN: 6 tikinti layihəsinin onlayn müzakirəsi aparılacaq

2 May 2020 12:59
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün növbəti ictimai dinləmə onlayn formada keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ötən ildən başlayaraq ekoloji qiymətləndirilməyə təqdim olunan bütün layihələrə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən sonra rəy verilib. Karantin rejiminin tələblərinə görə, bu dəfə dinləmə onlayn keçiriləcək və agentliyə təqdim olunan 6 layihənin müzakirəsi aparılacaq:

"Layihə icraçılarının, QHT nümayəndələrinin və ekspert-mütəxəssislərin iştirakı ilə 7 may saat 11:00-da keçiriləcək müzakirələrdə dinləməyə çıxarılan altı layihədən üçü səhiyyə, yol infrastrukturu və istilik təchizatı ilə bağlı olmaqla dövlət qurumları tərəfindən, digərləri isə özəl şirkətlər tərəfindən təqdim olunub".

Agentlik rəsmisinin sözlərinə görə, dinləmələrdə hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.