Ölkə

Azərbaycanda koronavirus nə vaxt bitəcək? - Baş infeksionist açıqladı

27 Aprel 2020 13:52
5 Şərh     Baxış: 8 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə, karantin rejimi ilə bağlı  yumşaldılmalar daha da genişləndirilə  bilər. Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər.

Milli.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, proses belə davam edərsə və azalma olarsa, mayın 4-dən etibarən bir az da yumşaldılma ola bilər: "Mayın ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik".
İkinci dalğanın olamasına gəldikdə isə C.İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. "Krantin rejiminin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyə və qaydalara ciddi əməl olunmalıdır.  Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü, başqalarını da... 

İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır. Mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq. Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik".

Qonşu və digər dövlətlərlə sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: "Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.