Ölkə

Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

9 Aprel 2020 16:31
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan müəllim, şagird, tələbələri bu aksiyaya qoşulmağa dəvət edir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Həmçinin, yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün:

https://creative.az/az/post/109

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.