Ölkə

AAYDA-da hərarət ölçmə qurğuları, dezinfeksiya dispenserləri quraşdırılıb - FOTO

16 Mart 2020 19:24
0 Şərh     Baxış: 1 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı açıqlanan qaydalara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar həyata keçirilir.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə agentliyin inzibati binasında, həmçinin tabeliyində olan bütün MMC-lərin inzibati binalarında, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, dəhlizlərdə, pilləkənlərdə və foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.

Girişlərdə hərarət ölçmə qurğularının istifadəsi ilə inzibati binalara bütün daxil olanların hərarəti yoxlanılır, sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserləri quraşdırılıb.

Bundan əlavə, agentliyin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır.

Bunun üçün maarifləndirici video çarxlar nümayiş etdirilir, giriş və çıxışlarda məlumat xarakterli elanlar vurulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.