Ölkə

Sosial xidmət müəssisələri dezinfeksiya edilir - FOTO

13 Mart 2020 15:14
1 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində koronavirus (COVİD-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Nazirlikdən Milli.Az-a verilən məlumata əsasən, Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və güşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

Fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssiəsi fəaliyyət göstərir. Sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.