Ölkə

Qalmaqallı plakatı qaldıran Aysel Ələkbərzadə özünü binadan atdı

10 Mart 2020 11:27
37 Şərh     Baxış: 23 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl "Facebook"da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.