Ölkə

"Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq" - Anar Kərimov

3 Mart 2020 12:37
Baxış: 3 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.

Nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb.

A.Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.