Ölkə

Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir

3 Mart 2020 10:57
0 Şərh     Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümumdünya Vəhşi Təbiət Günü" ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında "açıq qapı" günü keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada "Ümumdünya Vəhşi Təbiət Günü" kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.

Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır.

Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.