Ölkə

Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?

19 Fevral 2020 21:18
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdəki uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbi açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılan şəxslər daxil edilə bilər.

İnstitut direktorunun sözlərinə görə, "Ginnesin rekordlar kitabı"na düşən ən uzunömürlü insanın 117 yaşı var: "Bu kitaba Azərbaycan uzunömürlülərinin düşməsi üçün ən aşağı yaş həddi 118-dir. Hələ ki, ölkəmizdə yaşı verifikasiya olunmuş və sənədlə təsdiq edilmiş 118 yaşlı uzunömürlü yoxdur".

Qeyd edək ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı insan Lənkəran rayon Sütəmurdov kənd sakini 104 yaşlı Mirzadə Cabbarovadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.