Ölkə

Nazir: "Formula 1-ə gələn insanlar turistlər arasında böyük yer tutur"

12 Fevral 2020 11:16
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il Azərbaycana gələn turistlər içərisində "Formula 1"ə gələnlən insanlar böyük yer tutur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziriAzad Rəhimov Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları, o cümldən kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyəti var.

A.Rəhimov son illərdə Azərbaycan çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış keçirilib. Nazir əlavə edib ki, Azərbaycan bu il bir sıra beynəlxalq idman yarışlarına ev sahiblisi edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.