Ölkə

Azərbaycanda dəhşətli hadisədə ölən tələbənin FOTOsu

6 Fevral 2020 17:34
2 Şərh     Baxış: 8 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə Qəbələ rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan tələbələrlə bağlı bəzi məqamlar dəqiqləşib.

Milli.Az xəbər verir ki, sürücü, 2001-ci il təvəllüdlü Ramin Lətiflinin idarəetməsindən çıxaraq ağaca çırpılan "Nissan Sunny" markalı avtomobildə ümumilikdə 4 nəfər olub. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri Ziyadxanov Ziya Pünhan oğlu Vəndam qəsəbə məktəbinin 10-ci sinif şagirdidir. Digər yaralılar - Xəlilov Şəhriyar Mübariz oğlu isə Azərbaycan Dövlət Aqrar Universitetinin, Cabayev Murad Sərxan oğlu isə Xəzər Universitetinin tələbəsidir.

Qəzada həyatını itirən 19 yaşlı Ramin Lətifli isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsidir.

Qeyd edək ki, qəzada yaralanan tələbələrdən Şəhriyar Xəlilovun vəziyyəti ağır olaraq qalır və o, reanimasiyadadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qəzaya düşən avtomobilin və vəfat edən tələbənin fotosunu təqdim edirik./Publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.