Ölkə

Ağciyər İnstitutunda silsilə ölümlər davam edir: 43 yaşlı xəstə vəfat etdi

1 Fevral 2020 12:04
20 Şərh     Baxış: 4 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib. 

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.

TƏBİB qeydə alınan ölüm faktını Oxu.az-a təsdiqləyib.

Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.