Ölkə

Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandı

31 Yanvar 2020 14:59
3 Şərh     Baxış: 2 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: "Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".

Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".

M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.