Ölkə

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

22 Yanvar 2020 19:49
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun "Forland" markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a daxil olan məluymata əsasən, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan "Daewoo" markalı avtomobilin hərəkətdə olması aşkar edilib.

Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.