Ölkə

Mərkəzi Bankın valyuta ehtiyatları 600 milyon dollardan çox artıb

8 Yanvar 2020 16:31
Baxış: 2 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu il dekabrın 30-a olan vəziyyətə görə, 6,258 milyard dollar təşkil edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Bu göstərici bir il ərzində 632 milyon dollar və ya 11,23 faiz artıb.

2019-cu ilin dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 75 milyon dollar (1,2 faiz) artıb.

2019-cu ilin yekunlarına əsasən pul kütləsi 12,152 milyard manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 39,5 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.