Ölkə

Polis vətəndaşlara müraciət etdi: Dincliyi pozan hərəkətlər...

30 Dekabr 2019 18:59
0 Şərh     Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız yaradılmış bu əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciətində belə deyilir.

Bildirilir ki, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır: "Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.