Ölkə

DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yeri yaradılıb

29 Dekabr 2019 18:11
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yeri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilin yekunlarında həsr olunan iclasda deyib.

Onun sözlərinə görə, 2019-cu il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 571 mindən yuxarı olub. DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olub.

Sədr qeyd edib ki, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında keçirilib və bu yanaşma bizə iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni imkanlar əldə etməyimizə şərait yaradıb. Yeni modelə əsasən bu il 370 000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.