Ölkə

Bakıda doğum günündə intihar edən məmurun FOTOLARI - TƏFƏRRÜAT

16 Dekabr 2019 11:44
15 Şərh     Baxış: 4 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.

Milli.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə mərhumun ad günündə baş verib.
 
Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib.

İntihar edən Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu ilə bağlı bəzi məlumatlar yayılıb.

Eyni zamanda, BakuPost xəbər verir ki, E. Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün yeni yaşını qeyd edib.

Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Astarxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.