Ölkə

"6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - VİDEO

11 Dekabr 2025 15:19
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.

Milli.Az xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.

Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: "Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb".

Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: "Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: "İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq".

Ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.