Ölkə

Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı - VİDEO

25 Noyabr 2025 20:43
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirilib. Qeyd olunub ki, burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. 

Milli.Az-ın xəbərinə görə qərara alınıb ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər.
Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edib. 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. 

Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur. 
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.