Hadisə

Oğuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB

25 Noyabr 2025 20:59
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan  "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.