Hadisə

Bakıda taksi sürücüsü təhlükə saçdı: Ətrafdakı maşınları əzdi - ANBAAN VİDEO

25 Noyabr 2025 21:17
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda taksi sürücüsü ictimai asayişi nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etdiyi yer alıb. Avtomobili idarə edən şəxs ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yaxınlıqdakı maşınlara da ziyan vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən kadrlarla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.