Bakıda taksi sürücüsü ictimai asayişi nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.
Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etdiyi yer alıb. Avtomobili idarə edən şəxs ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yaxınlıqdakı maşınlara da ziyan vurub.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən kadrlarla bağlı araşdırma aparılır.
Milli.Az