Ölkə

DYP-dən yağışlı hava ilə bağlı müraciət

17 Sentyabr 2025 09:45
Baxış: 258
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Milli.Az-a verilən məlumata görə, müraciətdə yağıntılı hava şəraitinin yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, sürücülər və piyadalar üçün əlavə risklər yaratdığı bildirilib.

"Ölkəmizin əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır", - məlumatda qeyd olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar:

"Piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə alaraq diqqətli olmağa və qaydalara ciddi şəkildə əməl etməyə çağırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.