Ölkə

Sabah 36 dərəcə isti olacaq

10 İyun 2025 12:49
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +20 dərəcədən +22 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 35-40% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi küləyi əsəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +22 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.