Ölkə

Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır - VİDEO

11 İyun 2025 07:07
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Respublika əhəmiyyətli avtomagistralın sağ zolağı ilə hərəkət olduqca təhlükəlidir, solla getdikdə isə cərimə yazılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsi bir müddətdir ki, yararsız hala düşüb. Yolun əsasən Nəvahi, Pirsaat və Atbulaq kəndləri ərazisindən keçən hissəsində sağ zolaqla hərəkət etmək mümkünsüzdür.

Sürücülər deyirlər ki, yol infrastrukturunda yaranmış nasazlığa görə qəza riski də çoxdur.

Bəs respublikanın əsas magistralından biri olan bu yolun dağılmış asfaltı nə vaxt təmir ediləcək?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin ərazinin təmirinə ehtiyac var və bunun üçün təkliflər hazırlanıb.

Magistralın digər hissələrində isə əsaslı təmir işləri aparılması zərurəti yoxdur.

Videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.