"Fənərbağça"dan "Qalatasaray"a transfer CAVABI: 4 ulduz alacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fənərbağça" prezidenti Ali Koç yeni mövsüm üçün heyət planlamasında xüsusilə cinah oyunçularına diqqət çəkərək "Sürətlənməliyik" demişdi.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Leroy Sane ilə bağlı edilən cəhdlər nəticəsiz qaldı və alman ulduzu "Qalatasaray"a keçdi. "Sarı-Lacivərtilər" isə bu transferə cavab olaraq 4 dünya ulduzunu transfer siyahısının zirvəsinə yerləşdirib.
Klub keçmiş oyunçusu Kim Min-Jae-nin "Bayern Münhen"dəki vəziyyətini yaxından izləyir. Alman nəhəngi koreyalı müdafiəçini gələcək planlarına daxil etmədiyini bildirərək ona yeni klub tapmasını istəyib. İngiltərədən "Nyukasl" və İtaliyadan "Milan" ulduz müdafiəçiyə maraq göstərsə də, hal-hazırda ən istəkli komanda Səudiyyə Ərəbistanının "Al-Nassr" klubudur. Koreyalı futbolçunun da bu təklifə müsbət yanaşdığı bildirilir.
.jpg)
"Bülbüllər"in bu transferi diqqətlə izlədiyi, əgər Kim-in ərəb klubuna keçidi baş tutmasa, hərəkətə keçəcəyi iddia olunur.
Eyni zamanda "Fənərbağça"nın müdafiəçi axtarışları ilə bağlı Səudiyyə mətbuatında yeni bir iddia ortaya atılıb. Bildirilir ki, İstanbul klubu "Al-Ahli" ilə Roger İbanezin transferi üçün danışıqlara başlayıb. Klub 26 yaşlı braziliyalı müdafiəçi üçün rəsmi təklif hazırlayır. Keçən mövsüm fənər "Al-Ahli"dən Maksimen-i icarəyə götürmüşdü. İbanezin transferini isə xüsusilə baş məşqçi Joze Mourinyo istəyir.
.jpg)
Portuqaliyalı məşqçi "Roma"da birlikdə çalışdığı İbanezlə İstanbulda yenidən bir araya gəlmək niyyətindədir. "Milan"la Skrinyar barədə danışıqlarda irəliləyiş əldə edə bilməyən klub rəhbərliyi buna görə də diqqətini İbanez üzərinə yönəldib. Bildirilir ki, ulduz futbolçu komanda yoldaşı Merih Demiral vasitəsilə "Fənərbağça" haqqında olduqca müsbət məlumatlar alıb.
Digər tərəfdən, "Sarı-Lacivərtlilər" keçən mövsümün əvvəlində "Frankfurt"da çıxış edən Tuta üçün ciddi səylər göstərmişdi, lakin futbolçu Almaniyada qalmağı üstün tutmuşdu. İndi isə Tutanı yenidən transfer gündəminə alındığı bildirilir. Eyni zamanda "Real Betis", "Villarreal" və "Kristal Palas" da sambaçının transferi ilə maraqlanır. Keçən mövsüm klubunu tərk etməyən braziliyalı bu dəfə ayrılmağa isti baxır.
.jpg)
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)
-
İran ABŞ-nin şərtlərinə cavab verib
-
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb





